Polşalıların Ukraynada böyük itkiyə məruz qalması… – Jarin

Polşalıların Ukraynada böyük itkiyə məruz qalması… – Jarin

Polşalıların Ukrayna müharibəsində kütləvi iştirakı və böyük itkiləri barədə Rusiyanın yalan təbliğatı davam edir.

AzerTimes xəbər verir ki, bu barədə Polşa hökumətinin informasiya məkanının təhlükəsizliyi üzrə komissarı Stanislav Jarin Tvitter səhifəsində yazıb.

“Bu mövzu Kremlin informasiya məkanında Rusiya ictimaiyyətinə yönəlmiş təbliğat səylərinin daimi elementidir”, – o bildirib.

Jarin Ukraynadakı cəbhədən polyakların “cəsədlərini” Polşanın Moskvadakı səfirliyinə göndərməyi təklif edib.

Teqlər: