Azərbaycandan Gürcüstana keçmək istəyən nigeriyalı tutuldu

Azərbaycandan Gürcüstana keçmək istəyən nigeriyalı tutuldu

Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya vətəndaşı saxlanılıb.

DSX-nin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyənləşib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Teqlər: