Polşa Ukraynanı belə ələ keçirir – Narışkin

Polşa Ukraynanı belə ələ keçirir – Narışkin

Polşa Qərbi Ukraynanı ələ keçirmək planlarını ört-basdır etmək üçün Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa hazırdır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin qeyd edib ki, Polşa Qərbin Ukraynaya ekspansiyasını ört-basdır etməyə çalışır və bu məqsədlə “maskalanmaq” üçün kütləvi təbliğat aparır.

Onun sözlərinə görə, Polşa Ukraynanın bütün avropalı qonşularının Kiyevin işlərində “kollektiv iştirakı” imitasiyasının yaradılmasına çalışır:

“Bunun üçün Varşava Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa getməyə hazırdır. Beləliklə də Polşa öz planlarını həyata keçirmək üçün onların arxasında gizlənir”.

Teqlər: