Avropa ən böyük şokla üz-üzədir

Avropa ən böyük şokla üz-üzədir

Rusiya Şimal Axını-1 kəməri ilə qaz nəqlini dayandırarsa, Avropa ən böyük enerji şoku ilə üzləşəcək.

AzerTimes xəbər verir ki, bu iddia ilə Britaniyanın “Teleqraf” qəzeti çıxış edib.

“Avropa Birliyi ölkələri artıq qışa hazırlaşmağa başlayıblar. Soyuq havalar başlamamış qaz anbarlarını doldurmağı planlaşdırırlar. Bununla belə, avropalı analitiklərin proqnozuna görə, SP-1 40% nasosla bərpa olunacaq və bu, AB-nin ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək. Mütəxəssislərin fikrincə, boru kəməri ilə tədarük artırılmasa, anbarlar ilin sonuna qədər yalnız 70% dolmuş olacaq”, – məqalədə bildirilib.

Qeyd edək ki, Rusiya “Şimal axını” ilə qaz nəqlini 10 günlük (21 iyula qədər) dayandırıb.

Teqlər: