Polşa Prezidenti Adjey Duda Ukraynaya səfərə gəlib.
Trend xəbər verir ki, bu barədə Polşa prezidentinin mətbuat
xidmətindən bildiriblər.
Bildirilib ki, Polşa prezidenti Ukrayna Ali Radasında çıxış
edəcək.
“Prezident Anjey Duda Ukraynadadır. Bazar günü o, müharibə
başlayandan bəri xarici dövlətin ilk başçısı kimi Ukrayna Ali
Radasında çıxış edəcək”, – deyə açıqlamada deyilir.