Türkiyədə tələbələri daşıyan avtobus aşıb, ölənlər var

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza
nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət
alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına
yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi
səbəbindən baş verib.