Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb,
sunami təhlükəsi yoxdur.

Trend “TASS”a
istinadən xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi
məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturasının
sahillərində olub. Zəlzələnin ocağı okeanın dibinin təxminən 30 km
dərinliyində yerləşib.

Tələfat və dağıntılar, həmçinin Fukusima-1 fövqəladə atom
elektrik stansiyasında fövqəladə vəziyyət barədə məlumat yoxdur.
Yeraltı təkanlar Yaponiyanın bir sıra şimal və şimal-şərq
prefekturalarında hiss olunub.