PKK-nın yüksək səviyyəli idarəçisi məhv edildi

PKK-nın yüksək səviyyəli idarəçisi məhv edildi

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Haseke rayonunda PKK-nın yüksək səviyyəli idarəçisini zərərsizləşdirib.

AzerTimes xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gülo məhv edilib.

Əməliyyat avqustun 9-da Qamışlıda həyata keçirilib.

Kod adı “Hebat Derik” olan Gülonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynayıb. Həmçinin “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatlarında iştirak edib.

Teqlər: