Daha 4 gəmi Ukrayna limanlarını tərk etdi

Daha 4 gəmi Ukrayna limanlarını tərk etdi

Avqustun 21-də Ukraynanın Yujnı, Odessa və Çernomorsk limanlarından kənd təsərrüfatı məhsulları daşıyan dörd gəmi yola düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

14 min ton şəkər çuğunduru daşıyan “Da Liang” yük gəmisi Cənubi Koreyanın Kunsan limanına doğru yola çıxır.

“Filyoz” yük gəmisi isə 5 min ton bitki yağı ilə yol düşüb.

“Kubrosli Y” və “Foyle” gəmiləri də Türkiyəyə doğru hərəkət edib.

Teqlər: