“Pirelli” Rusiyada zavodlarının fəaliyyətini məhdudlaşdıracaq

İtaliyanın təkər istehsalçısı olan “Pirelli” şirkəti Ukraynadakı
hadisələr fonunda Rusiyaya investisiyaların dayandırıldığını və bu
ölkədə müəssisələrin fəaliyyətinin məhdudlaşdırılacağını
açıqlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, şirkət cümə axşamı
yaydığı məlumatda Rusiyaya, təhlükəsizliklə bağlı olanlar istisna
olmaqla, investisiyaları dayandırdığını bildirib.

“Rusiyada tədricən müəssisələrin fəaliyyəti işçilərin əmək
haqqının və sosial xidmətlərin maliyyələşdirilməsini təmin etmək
üçün zəruri olan fəaliyyətlərlə məhdudlaşacaq”, – məlumatda qeyd
olunur.

Vurğulanır ki, “Pirelli” Ukraynadakı hadisələri davamlı olaraq
izləmək üçün böhran komitəsi yaradıb və təsirləri azalda biləcək
tədbirlər hazırlanır.