İtaliya ilk dəniz külək stansiyasını qurur

İtaliya ilk dəniz külək stansiyasının tikintisini başa çatdırmaq
üzrədir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Beleolico” külək
turbin stansiyası Taranto limanında sahildən təxminən 100 metr
məsafədə yerləşəcək. Burada həmçinin “Ilva”şirkətinə məxsus polad
zavodu fəaliyyət göstərir.

Tam işə salındıqdan sonra stansiyada ümumi gücü 30 MVt olan 10
turbin çalışacaq. Stansiyanın istehsal gücü 60 000 nəfərin illik
enerji ehtiyacına bərabər olan 58 000 MVt-dan çox olacaq.

Ətraf mühit baxımından bu o deməkdir ki, 25 il ərzində stansiya
təxminən 730 min dəm qazının atmosfera buraxılmasının qarşısını
alacaq.

Teqlər: