“Pfizer”-“BioNtech” Aİ ölkələrinə 215 minə yaxın peyvənd tədarük edəcək

Avropa Komissiyası “BioNtech” və “Pfizer” şirkətləri ilə yaxın həftələrdə Avropa İttifaqı ölkələrinə 215 minə yaxın peyvəndin tədarük edilməsi üzrə razılaşıb.

Trend-n məlumatına görə, bu barədə Avropa Komissiyasının press-relizində deyilir.

“2022-ci ilin birinci rübündə “Pfizer”-“BioNtech” əlavə olaraq 20 milyon doza peyvənd tədarük edəcək (yanvarda 5 milyon, fevralda 5 milyon və martda 10 milyon). Bu, “Pfizer”-“BioNtech”-dən artıq planlaşdırılan 195 milyon dozadan əlavə tədarük ediləcək. Nəticədə birinci rübdə 215 milyon doza çatdırılacaq”, – deyə press-relizdə deyilir.

Xatırladaq ki, dekabrın 16-da Avropa Komissiyası 2022-ci ilin əvvəlində əlavə peyvəndlərin tədarükü ilə əlaqədar “Moderna” şirkəti ilə razılaşıb.