Meksikada körpü uçub, 23 nəfər xəsarət alıb

Meksikanın Kanyada-de-Quadalupe rayonunda (Oahaka ştatı) asma körpünün uçması nəticəsində 23 nəfər xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə regionun xilasetmə xidmətinin “Twitter” səhifəsində deyilir.

“Körpünün uçması nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb. Xəsarət alanlardan 11-i uşaqdır. Onlar xəstəxanaya çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır”, – deyə məlumatda deyilir.

İlkin məlumata əsasən, konstruksiya böyük insan qrupunun çəkisinə dözməyib. Prokurorlu əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.