Peyvəndlər insanların həyatını xilas edir – ÜST-nin regional direktoru

Şamaxı. Trend:

Bir çox xəstəliyə qarşı istifadə olunan peyvəndlər insanların
həyatını xilas edir. Pandemiya dövründə də koronavirus əleyhinə bir
çox peyvənd istifadə olundu və yoluxma sayının azalmasına öz
təsirini göstərmiş oldu.

AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

ÜST-nin regional direktoru bildirib ki, COVID-19-a qarşı
peyvəndlərin qlobal səviyyədə bütün şəxslər üçün istifadəsi əsas
hədəflərdəndir: “İlkin səhiyyə xidmətlərinin xəstəxanadan kənar
təsəvvür etmək çətindir. Lakin müəyyən xəstəliklərin əksər hissəsi
ilkin tibbi yardım göstərilməklə aradan qaldırıla bilər. Təbii ki,
insanlar ilkin xidmətlərə inamla yanaşmalıdır. Bu məqsədlə tibbi
işçilərinin bacarıqlarını gücləndirmək vacibdir”.

“Mən də Belçikada terapevt olaraq ilkin xidmətlər göstərmişəm.
Mən bu işi çox sevirdim. Evlərə gedəndə insanlar məni dost kimi
qəbul edib inanırdılar. Onu da qeyd edim ki, ilkin tibbi xidmət
göstərdiyim tibb işçisi olaraq da əməkhaqqı yaxşı idi. İşimizin
lazımı səviyyədə icrası üçün hər il yeni məlumatlandırıcı
təlimlərdən keçirdik, hökumət lazımı ləvazimatlarla təchiz edirdi.
Yəni bu iş üçün hərtərəfli dəstək mütləqdir”- Hans Klüge əlavə
edib.

Teqlər: