Yaponiyada torpaq sürüşməsi olub, 700 nəfərlə əlaqə kəsilib

Yaponiyanın Naqano prefekturasında yüksək dağlıq qoruq
ərazisində torpaq sürüşməsi baş verib.

Trend-in
məlumatına görə, sürüşmə nəticəsində qoruğu yaxınlıqdakı yaşayış
məntəqələri ilə bağlayan yol bağlanıb.

Qoruq ərazisində 700 nəfərin qaldığı deyilir. Məlumatlara
əsasən, təbiət hadisəsi nəticəsində xəsarət alanlar olmayıb.

Bununla belə, bölgə ilə nəqliyyat əlaqəsinin yaradılması iki
günədək davam edə bilər.