Peskov rusiyalı deputatı Azərbaycana qarşı kəskin bəyanatlar verməməyə çağırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana
qarşı kəskin ifadələr işlədən Dövlət Dumasının deputatı Mixail
Delyagini emosiyalarını cilovlamağa və Azərbaycana qarşı bu cür
bəyanatlar verməməyə çağırıb.

Trend-in
məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Bu açıqlama şəxsi emosiyalar müstəvisində yer alan sözlərdir.
Biz tərəfdaş ölkələrimizə qarşı bu cür bəyanatlardan qaçınmağa və
emosiyaları cilovlamağa çağırırıq. Azərbaycan tərəfdaş ölkələrimiz
sırasına daxildir”, – D.Peskov deyib.

Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi
fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı
barədə fikirlər səsləndirmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: