Peskov qondarma “DXR” və “LXR”ə rusiyalı sülhməramlıların daxil olmasını təsdiq etməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qondarma “DXR”
və “LXR”ə rusiyalı sülhməramlı qüvvələrin daxil olması barədə
məlumatının olmadığını deyib.

Trend bu barədə
Rusiya KİV-lərinə istinadən məlumat verir.


“Mən bu məlumatı təsdiq edə bilmərəm, çünki mən bu barədə heç nə
məlum deyil”, – D.Peskov müvafiq sualı cavablandırarkən deyib.