Moskva və Bakı Azərbaycanda “Sputnik V” vaksinin istehsalının təşkilini müzakirə edir

Moskva və Bakı koronavirus əleyhinə “Sputnik V” vaksininin
Azərbaycanda istehsalının təşkili məsələsini müzakirə edəcək.

Trend-in
məlumatına görə, bu barədə Rusiya KİV-ləri Azərbaycan Prezidenti
İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı
materiallara istinadən bildirir.

“2021-ci ildə Azərbaycan tərəfinin xahişi ilə 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Əlavə 80 min doza vaksinin
tədarükü planlaşdırılır. Yeni müraciətlər daxil olmayıb.
Azərbaycanda vaksin istehsalının təşkili müzakirə olunur”, –
sənəddə deyilir.

Teqlər: