Peru qırıcısı qəzaya uğradı

Peru qırıcısı qəzaya uğradı

Peru Hərbi Hava Qüvvələrinə məxsus “Miraj 2000” qırıcı təyyarəsi qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, bu barədə Peru HHQ-nin məlumatında deyilir.

“Bu gün axtarış qrupları Pikçu-Pikçu vulkanının (Arekipa əyaləti) qərb qarlı yamacında qırıcının qəzaya uğradığı yeri aşkar edib və burada pilotun qalıqları da tapılıb”, – deyə bildirilib.

Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Teqlər: