AFAD-dan Antalyadakı dəhşətli qəza ilə bağlı açıqlama…

AFAD-dan Antalyadakı dəhşətli qəza ilə bağlı açıqlama…

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin Antalya vilayətində baş verən kanat xətti qəzası ilə bağlı açıqlama verib.

AzerTimes xəbər verir ki, məlumata əsasən, bölgəyə Türkiyənin müxtəlif qurumlarının 150 nəfərlik xilasedici qrupları və səksən nəfərlik alpinist heyəti göndərilib.

Hadisə yerinə bir hərbi karqo təyyarəsi və altı helikopter cəlb edilib.

İndiyədək 18 nəfər xilas edilib. Yaralananlar xüsusi helikopterlərlə xəstəxanalara çatdırılırlar. Kabinələrdə qalan digər vətəndaşların təxliyə işləri davam edir.

Xatırladaq ki, bu gün Türkiyənin Antalya vilayətinin Konyaaltı bölgəsində kanat xəttinin dirəklərindən birinin aşması nəticəsində xəttin kabinələrindən biri qayalıq əraziyə düşüb. Hadisə zamanı bir nəfər həlak olub.

Teqlər: