Braziliyalı futbol əfsanəsi Pele davam edən xərçəng xəsəliyindən
müalicə üçün yenidən xəstəxanaya yerləşdirilib.
Trend xəbər verir ki, bunu futbolçu özü “Instagram” səhifəsində
bildirib.
Dünya futbolunun 81 yaşlı canlı əfsanəsi sentyabr ayında yoğun
bağırsağındakı şişi çıxarmaq üçün əməliyyatdan sonra San-Pauloda
kimya terapiyası keçirdi.
“Dostlar, mən müalicəmi davam etdirmək üçün xəstəxanaya
yerləşdirilmişəm”, – deyə Pele izləyicilərinə bildirib.
Pelenin vəziyyətinin təfərrüatları açıqlanmır, lakin həkimlər
onun vəziyyətinin klinik cəhətdən sabit olduğunu söyləyirlər.
21 illik krayerası ərzindı 1363 rəsmi matçda iştirak edən Pele
1281 qol vuraraq dünya rekordu imzalayıb. Milli komandada
braziliyalılarən heyətində 91 dəfə yaşıl meydançaya çıxan əfsanə 77
dəfə rəqib qapısına yol tapıb.