İtaliya uşaqları COVİD-ə qarşı peryvəndin 3-cü dozası ilə vaksinasiyasına ehtiyac olmadığını bildirib

İtaliyada uşaqlara koronavirus peyvəndinin üçüncü dozasının
verilməsi üçün hələlik heç bir göstəriş yoxdur.

Trend xəbər verir ki, bunu Avropa Dərman Agentliyinin (EMA)
keçmiş direktoru Guido Razi Repubblica qəzetinə müsahibəsində
bildirib.

Onun sözlərinə görə, birinci və ikinci dozalarla peyvəndin
əhatəsini genişləndirmək lazımdır, çünki uşaqlar üçün həqiqətən heç
bir əks göstəriş yoxdur və peyvəndlə bağlı risk sıfıra
bərabərdir.

“Eyni zamanda, bütün sakinlər üçün dördüncü dozanın tətbiqi
haqqında düşünməyə ehtiyac yoxdur, çünki ümumilikdə vəziyyət
əlverişli olaraq qalır. Bununla belə, onkoloji xəstələkilər,
dializ, immun sistem pozğunluqları immunitet reaksiyasını poza
bilər. Bu halda, zərurət yaranarsa, dördüncü, hətta beşinci və ya
daha çox dozanı nəzərdən keçirmək düzgün olardı”, – mütəxəssis
bildirib.