Pekin Olimpiadasının iştirakçıları arasında koronavirusa 3 yeni yoluxma halı aşkarlanıb

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının
iştirakçıları arasında daha 3 koronavirusa yoluxma halı aşkar
edilib.

Trend-in
məlumatına görə, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi
bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 136 nəfər, o cümlədən 81 idmançı
gəlib. Keçirilən PZR testləri nəticəsində 2-si idmançı olmaqla 3
nəfərdə koronavirus aşkar edilib.


Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən
20-dək keçirilir.