Pedaqoji Kollecdə “Arzular əngəlsizdir” adlı tədbir keçirilib (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində
Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Arzular əngəlsizdir”
adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan
uşaqların daxilində olan bacarığı inkişaf etdirmək və cəmiyyətə
təqdim etməkdir. Tədbirin təşkilində kollecin musiqi müəllimi
Səkinə Bağışova xüsusi rol oynayıb.

Tədbiri giriş sözü ilə görmə məhdudiyyətli tələbə Zəhra
Hüseynova açıb. Sonra tələbə Yeganə Rəhimova ailə və ev təhsili
ixtisasında təhsil alan Seyrat Musayeva haqqında məlumat verib.
Seyrat qarşısına çıxan çətinliklərə baxmayaraq üzərində çalışaraq
həm rus, həm də ingilis dilini dərindən öyrənib.

Tədbirdə təqdim edilən səhnəcikdən sonra psixologiya müəllimi
Zeynəb Kələntərova Azərbaycanda İnkluziv təhsilin tətbiqindən
danışıb.

Məktəbəqədər təlim və tərbiyə ixtisasında təhsil alan Zəhra
Məmmədova pianoda ifa edib. İnkluziv təhsil ixtisasında təhsil alan
nitq məhduddiyətli tələbələr, Səfərli Fatimə və Ağayeva Şəms öz
bacarıqlarından, motivasiyalarından və gələcək arzularından bəhs
edib. Fatimə öz daxili aləmini, zənginliyini saplara ötürüb hörmə
işləri ilə məşğul olur.

Şəms isə yaşının az olmasına baxmayaraq taekvondo üzrə bir neçə
medallarla təltif olunub.

Daha sonra valideynlər öz təəssüratlarını bölüşüblər.

Sonda sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor
müavini Sevda Axundova tələbələrə və valideynlərə xoş arzularını
bildirib.

Teqlər: