Paytaxtda yollarındakı son vəziyyət açıqlanıb – SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat
yayıb.

Bu barədə AzerTimes-a Mərkəzdən bildirilib.

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə
kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan
hissəyə qədər – Əsas yolda, 20 Yanvar dairəsi istiqamətində
nisbətən sıxlıq müşahidə olunur.

2. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət”
mərkəzinin qarşısı da daxil olmaqla, Səməd Vurğun küçəsi ilə
kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan
hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə
olunur.

3. 28 May küçəsinin, Azadlıq prospekti ilə kəsişməsindən
başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Bülbül
prospekti istiqamətində sıxlıq müşahidə olunur.

4. Tbilisi prospektində, hər iki istiqamətdə əsas və köməkçi
yolda, 20 Yanvar dairəsindən başlayaraq, Şəfayət Mehdiyev küçəsi
ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində və Hənifə
Ələsgərov küçəsi ilə kəsişmədən, Azər Əliyev küçəsi ilə kəsişməyə
qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

5. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən,
Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi
istiqamətində sıxlıq müşahidə olunur.

Teqlər: