Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına
əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması,
onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya
yaradılıb. Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra
Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi
alimlər də daxil edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, komissiya
Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının
yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların
müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə
uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla
bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.

Artiq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın
fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi
məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və
prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız
küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan
yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin
hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

Teqlər: