Azərbaycanın tanınmış tarixçi alimi vəfat edib

Cənubi Azərbaycan tarixinin, xüsusilə 1945-1946-cı illər Cənubi
Azərbaycanda milli-demokratik hərəkatın, bu hərəkata rəhbərlik
etmiş Azərbaycan Demokrat Firqəsinin sədri S.C.Pişəvəri
şəxsiyyətinin, onun elmi-bədii yaradıcılığının və siyasi
fəaliyyətinin ən məhsuldar tədqiqatçılarından olan Əkrəm Rəhim oğlu
Bije bu gecə dünyasını dəyişib.

Trend xəbər
verir ki, Mərhumun cənazəsi bu gün, 29 aprel 2022-ci il tarixində,
saat 12-13 arasında yaşadığı ünvandan götürülüəcək, “Heydər”
məscidində müvafiq dini mərasimlər tamamlandıqdan sonra Bakı
şəhəri, Binəqədi rayonu ərazisindəki qəbirstanlıqda torpağa
tapşırılacaqdır.

Allah rəhmət eləsin.

Teqlər: