“Patriot”lar tezliklə Ukraynaya gətiriləcək – İqnat

“Patriot”lar tezliklə Ukraynaya gətiriləcək – İqnat

ABŞ, İtaliya və Fransanın vəd etdiyi “Patriot” və “SAMP/T” zenit-raket kompleksləri tezliklə Ukraynaya gələcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.

İqnat qeyd edib ki, yaxın gələcəkdə Ukrayna ərazisinə əvvəllər veriləcəyi vəd edilən sistemlər, məsələn, “NASAMS”, “Iris-T”, həmçinin “Patriot” və “SAMP/T” sistemləri gətiriləcək:

“Ukrayna Amerikanın F-16 qırıcılarını da Qərbdən almaq istərdi”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım göstəriləcəyini açıqlayıb. Yardım paketinə “Patriot” və “NASAMS” zenit-raket kompleksləri üçün döyüş sursatları, “HIMARS” reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və dron əleyhinə silahlar daxildir.

Teqlər: