“Patı” satanlar saxlanılıb (FOTO)

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər
məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim
İbrahimov Yardımlı rayonunun Arus kəndi kəndi ərazisində
saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
veriblər.

Onlardan ilkin araşdırma zamanı xaricdə yaşayan narkotacir
vasitəsilə əldə edildiyi müəyyən edilən 1 kiloqrama yaxın
metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli
həb aşkarlanaraq götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma
aparılır.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.

Teqlər: