Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilmir – Qurban Yetirmişli

Azərbaycanda hər gün zəif dərəcədə də olsa yeraltı təkanlar
olur.

Bunu AzerTimes-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji
Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor
Qurban Yetirmişli deyib.

O deyib ki, hər gün yeraltı təkanların olması təbiidir.

“Son günlərdə Mingəçevir, Salyan, Zaqatala, Balakən tərəflərdə
üç bal gücündə zəlzələlərin olması insanları qorxutmasın.
Azərbaycanda qorxulu, dağıdıcı zəlzələ gözlənilmir. Təkanların çoxu
zəif hiss edilir”, – deyə Q.Yetirmişli qeyd edib.

Teqlər: