Paşinyanın korteji Yerevanda hamilə qadını vuraraq öldürüb (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejindəki
avtomobillərdən biri Yerevanda hamilə qadını vuraraq öldürüb.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Məlumata əsasən, 28 yaşlı qadın xəstəxanada dünyasını dəyişib,
uşağı xilas etmək mümkün olmayıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.