Paşinyan Frislə Laçın dəhlizindən danışdı

Paşinyan Frislə Laçın dəhlizindən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin təhlükəsizlik, müdafiə siyasəti və böhrana reaksiya üzrə müavini Çarlz Frisi qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Avropa Birliyi münasibətlərini, eləcə də AB-nin Ermənistandakı monitorinq missiyasının Azərbaycanla sərhəddə fəaliyyətini müzakirə ediblər.

Eyni zamanda, Laçın dəhlizindəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Teqlər: