Ancelina Coli BMT-dəki vəzifəsini tərk edir

Ancelina Coli BMT-dəki vəzifəsini tərk edir

Amerikalı məşhur aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

AzerTimes xəbər verir ki, bu barədə UNHCR və aktrisanın birgə bəyanatında bildirilib.

Qeyd olunub ki, aktrisa 2001-ci ildən BMT QAK ilə əməkdaşlıq edir, 2012-ci ildə qurumun xüsusi nümayəndəsi təyin edilib. O, beynəlxalq təşkilatın əməkdaşları ilə birlikdə Yəmən və Burkina-Faso da daxil olmaqla, 60-dan çox səhra missiyası həyata keçirib.

Teqlər: