Paşinyan Arazdəyən-Horadiz dəmir yolunun tikintisi barədə danışıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistan yaxın gələcəkdə Azərbaycanla
Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə
başlamağa imkan verəcək hüquqi sənədin imzalanmasına ümid edir.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın
baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

O bildirib ki, hazırda həmin dəmir yolunun Ermənistan hissəsinin
tikintisi üzrə konkret işlər görülür.

“Texniki işlər artıq başlayıb. Yaxın gələcəkdə Azərbaycanla
razılaşmaların əldə olunacağına və prosesin inkişafına ümid
edirik”, – N.Paşinyan deyib.

Teqlər: