Erməni separatçıların Qarabağda “hərbi təlimlər”i regionun hüdudlarından kənara çıxan təhdiddir

Xəbər - Ləman Zeynalova – Trend:

Son günlərdə Qarabağda separatçıların təxribatları çoxalıb. Gah
mövcud olmayan “parlament”də uydurma “işğal haqqında qanun”
“müzakirəyə” çıxarılır, gah “təlimlər” keçirilir, gah separatçılar
guya “əhalinin mümkün təxribatlardan mühafizəsi” üçün çalışdıqları
görüntüsü yaradırlar. Bütün bu “təhdidlər”in mövcud olması barədə
və “əhalinin hazırlanması” ilə bağlı avantüralar erməni təbliğatına
xidmət edir.

ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland
Trend-ə bildirib
ki, digər suveren dövlətin ərazisində “təlimlər”in planlaşdırılması
nəinki təxribat, həm də qanunsuz fəaliyyətdir.

“Amma Bakı ilə Yerevan arasında danışıqlar üçün hələ kifayət
qədər vaxt var. Rusiya və ATƏT Minsk qrupu da öz rolunu oynaya
bilər”, – deyə o bildirib.

Amerikalı ekspert Piter Teysin sözlərinə görə isə, erməni
separatçıların Qarabağda, Azərbaycanın suveren ərazisində
planlaşdırdığı “hərbi təlimlər” Avropa təhlükəsizliyinə ciddi
təhdiddir və Cənubi Qafqaz regionunun iqtisadi inkişafına birbaşa
təsir göstərir.

“Rusiya artıq konkret tədbirlər görməli və Qarabağda “hərbi
manevrlər”in keçirilməsinə yol verməməlidir. Rusiya Qarabağa silah
tədarükünün azaldılması ilə bağlı qəti tədbirlər görməlidir. “Hərbi
təlimlər”ə diqqətin yönəldilməsi bir daha onu göstərir ki,
Ermənistan müharibəni qızışdıran dövlətdir və o faktı da üzə
çıxarır ki, Yerevan qonşu ölkələrlə münasibətdə şovinist siyasət
yürüdür. Avropa İttifaqı və beynəlxalq təşkilatlar fəaliyyətə
keçməli və Azərbaycan mədəniyyətinin tarixi mərkəzi olan Qarabağ
regionundakı erməni faşistlərinə qarşı sanksiyalar tətbiq
etməlidir”, – P.Teys deyib.

Hadisələrin bu gedişatı yalnız iki tərəfə zərər vura bilər:
Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Xaosda batıb
qalmış Ermənistan bu cür avantüralarla özünü daha da çıxılmaz
vəziyyətə salır. Ermənistan üçün yeganə çıxış yolu 10 noyabr
üçtərəfli bəyanatının müddəalarını icra etməkdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: