Ermənistan-ABŞ əməkdaşlığı mühüm inkişaf mərhələsindədir.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Son illərdə ikitərəfli qarşılıqlı fəaliyyətimiz nəzərəçarpacaq dərəcədə irəliləyir və mühüm inkişaf mərhələsindədir. Bilirsiniz ki, 2019-cu ildə biz strateji dialoqa başlamışıq”, – deyə Paşinyan bildirib.
O, bu yaxınlarda Ermənistanda ABŞ-la birgə hərbi təlimlərin keçirildiyini də xatırladıb.
Paşinyan iqtisadi sahədə də əlaqələrin inkişafına ümid etdiyini söyləyib və əlavə edib ki, ABŞ Ermənistana demokratik islahatların aparılmasında yardım edir.