Rusiya və Gürcüstanı birləşdirən yol bağlandı

Rusiya və Gürcüstanı birləşdirən yol bağlandı

Gürcüstan Hərbi Yolu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bütün nəqliyyat növləri üçün müvəqqəti bağlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə İdarəsi məlumat yayıb.

Məlumata görə, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır.

Qeyd edək ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.

Teqlər: