39 fələstinli İsrail girovluğundan azad edildi

39 fələstinli İsrail girovluğundan azad edildi

Atəşkəs razılaşması çərçivəsində 39 fələstinli İsrail girovluğundan azad edilib.

AzerTimes xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari deyib.

“Razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini də təsdiqləyirik”, – deyə bildirilib.

Qeyd edək ki, HƏMAS Tailand və İsrail vətəndaşları olmaqla, 25 nəfəri girovluqdan azad edib.

Teqlər: