PAŞA Kapitalın təşəbbüsü ilə keçiriləcək təcrübə proqramı əsasən
İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs
bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan
tələbələr üçün nəzərdə tutulmuşdur. Bu proqrama qatılmaqla
tələbələr, istər yerli kapital bazarları, istərsə də xarici maliyyə
birjaları üzrə müştərilərlə iş prosesinin praktiki iştirakçısı
olacaq, həmçinin bu sahədə analitik biliklərini inkişaf
etdirəcəklər.
İki aylıq təcrübə proqramında iştirak haqqı qazanmış namizədlərə
“Daxili və xarici bazarda vasitəçilik (brokerage)” və “Marja
ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” sahələri üzrə nəzəri
biliklərini praktikada tətbiq etmək və ölkənin lider investisiya
şirkətinin real iş mühiti ilə yaxından tanış olmaq fürsəti
veriləcək.
Təcrübə proqramının sonunda tələb olunan şərtlərə cavab verən
tələbələr işlə təmin olunacaqlar.
PAŞA Kapital təcrübə proqramı ilə bağlı ətraflı məlumat almaq
üçün pashacapital.az saytının “Karyera”
bölməsinə keçid edə bilərsiniz.