Xətai rayonunda 12 narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən
şəxslərə qarşı əməliyyatlar davam etdirilir, narkotiklərin qanunsuz
dövriyysi ilə məşğul olan daha 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, paytaxtın
Xətai rayonunda narkotik vasitələrin satışını həyata keçirən
şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə
Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ötən gün keçirilən
əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul daha 12 nəfər
tutulub. Saxlanılanlardan 4-ü Xətai rayonu ərazisində narkotik
vasitələrin satışını həyata keçirən, qalan 8 nəfəri isə onlar üçün
narkokuryerlik edən şəxslər olublar.. Onlardan külli miqdarda
heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin
aşkar olunub. Saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərlə
sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkotiklərin Xətai
və digər rayonlarda satışını təşkil ediblər. Aşkar edilən bütün
faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi
başlanılıb.

Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan şəxslərin saxlanılması və istiqamətində polis
əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: