“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon dollarlıq istiqraz emissiyasını həyata keçirib

Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi
fəaliyyətini uğurla davam etdirən “PAŞA Kapital İnvestisiya
Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı
uğurla tamamlayıb.

Hərrac yekunlarına əsasən istiqrazlar üzrə tələb təklifi
üstələmişdir.

Belə ki, təklif edilən həcm 10 milyon ABŞ dolları olsa
da sifarişlərin nominal qiymətlə ümumi məbləği 11,121,000.00 ABŞ
dolları təşkil etmişdir.

Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,013.96 ABŞ
dolları (kəsmə gəlirlilik 4.5%), orta ölçülmüş qiyməti isə
1020.3993 ABŞ dolları (orta ölçülmüş gəlirlilik 4.27%) müəyyən
edilmişdir.

Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 5%-dir və faiz
ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.

PAŞA Kapital
İnvestisiya Şirkəti
2012-ci ilin iyun ayında yaradılmış və
2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasında əməliyyat
dövriyyəsini təqribən 10.2 milyard manata çatdırmaqla bu
göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir.
Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və
digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət
“CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu
ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.

Teqlər: