PAŞA Həyat “Teknofest” Festivalının innovativ tərəfdaşıdır!

May ayının 26-29 tarixlərində “Bakı Kristal Zalı” və Dənizkənarı
bulvar ərazisində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyilə “Teknofest”
Festivalı baş tutacaqdır.

Hər zaman innovativ həlləri ilə sığorta bazarında liderliyini
qoruyan PAŞA Həyat Azərbaycanda ilk dəfə keçiriləcək Türkiyənin ən
böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”in
innovativ tərəfdaşıdır.

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının
Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki qardaş
ölkə arasındakı dostluğun daha da möhkəmlənməsi həmçinin strateji
əhəmiyyət kəsb edən bir addımdır. Tədbir “Türkiyə Texnologiya
Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və
Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il
təşkil olunur.

PAŞA Həyat-ın məqsədlərindən biri də Azərbaycanda inkişaf
etməkdə olan innovasiya yeniliklərini daima yaxından izləmək,
startapların inkişafına dəstək olmaqla yanaşı onlarla müxtəlif
əməkdaşlıqlar çərçivəsində irəliləməkdir.

“PAŞA Həyat Sığorta” ASC olaraq biz ölkəmizin ev sahibliyi
etdiyi və bütün dünyaya səs salan “Teknofest” Festivalının
innovativ tərəfdaşı olmaqdan qürur duyuruq”,– şirkətin Marketinq
mərkəzinin rəhbəri Ruslan Ələkbərov vurğulayıb.

Teqlər: