Zakir Həsənov Selçuk Bayraktarla görüşüb (FOTO)

Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov
ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki
direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, qonağı
salamladıqdan sonra müdafiə naziri iki ölkə arasında hərbi
əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində
qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini
bildirib. Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlərimiz
arasında əlaqələrin inkişafında mühüm rol oynadığını xüsusi
vurğulayan general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı
əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini qeyd
edib.

Görüşdə bu il “Texnofest Azərbaycan” festivalının Bakıda
keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi
aparılıb.

Teqlər: