“PAŞA Bank” noyabrın ortalarında “Apple Pay” sistemini işə salacaq – İdarə heyətinin üzvü (ÖZƏL)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“PAŞA Bank”ın “Apple Pay” ödəniş sistemi Azərbaycanda bu il noyabrın ortalarında işə salınacaq.

Bunu Trend-ə bankın idarə heyətinin üzvü Cəlal Orucov deyib.

O bildirib ki, müştərilər noyabrın ortalarından “Apple Pay” xidmətlərindən istifadə edə biləcəklər.

C.Orucov, həmçinin əlavə edib ki, “Google Pay” Azərbaycan bazarına bir ildən tez olmayaraq daxil olacaq.


Qeyd edək ki, “Apple Pay” “Apple” şirkətinin müştərilərə mobil telefon vasitəsilə təmassız ödəniş imkanı verən mobil ödəmə sistemidir.

“Google Pay” “Google” şirkəti tərəfindən hazırlanmış, müştərilərə mobil qurğular vasitəsilə ödəniş etməyə imkan verən elektron ödəniş sistemidir. “Google Pay” kiçik radiuslu təmassız məlumat ötürmə texnologiyasından (NFC) istifadə edir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: