Xaçmazda üçüncü doza vaksinin vurulmasına başlanılıb (FOTO)

Xaçmaz rayonunda COVID-19-a qarşı vaksinasiya prosesi davam etdirilir. Artıq rayonda üçüncü doza vaksinin vurulmasına başlanılıb. Bu günə kimi 2796 sakinə üçüncü doza peyvənd vurulub.

Xaçmaz RİH-dən AzerTimes-a verilən məlumata görə, vaksinasiya prosesi Xaçmaz rayon mərkəzi xəstəxanası və Xudat şəhər xəstəxanası ilə yanaşı 8 səyyar briqada tərəfindən kəndlərdə də həyata keçirilir.

Vaksin otaqlarında TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. Bu günə kimi COVİD-19-a qarşı 73 min 317 nəfərə hər iki doza peyvənd vurulub. Ümumilikdə rayon üzrə 158 mindən çox doza vaksin vurulub.


Hazırda yaşı 18-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin üçüncü doza vaksinin vurulması prosesi davam etdirilir. Vaksin immuniteti gücləndirməklə COVID-19 infeksiyasından qoruyur, virusun ötürülməsini məhdudlaşdırır, ölüm hallarının qarşısını alır.

Teqlər: