“PAŞA Bank” ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq Memorandumu imzalanıb (FOTO)

“PAŞA Bank” ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
arasında əməkdaşlıq Memorandumu imzalanıb

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ilə
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında əməkdaşlıq
Memorandumu imzalanıb.

“PAŞA Bank”ın baş ofisində aprel ayının 27-si imzalanan
Memorandum hüquqi yardım sahəsində birgə layihələrin, bank hüququ
mövzusuna dair birgə seminar, təlim, konfrans, akademik tədbirlərin
təşkili və həyata keçirilməsini, eyni zamanda, bank sahəsində
qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin
hazırlanmasında qarşılıqlı əməkdaşlığın qurulmasını nəzərdə
tutur.

“PAŞA Bank” ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası
arasında əməkdaşlıq Memorandumu imzalanıb

Memorandumu “PAŞA Bank”ın Komplayns və İdarəetmə blokunun baş
direktoru Anar Kərimov və Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının sədri Anar Bağırov imzalayıb.

“Ölkəmizdə fəaliyyət göstərən banklar arasından ilk dəfə “PAŞA
Bank”ın Vəkillər Kollegiyası ilə əməkdaşlığa dair Memorandum
bağlaması çox müsbət haldır və Bankın korporativ sosial məsuliyyəti
aspektindən xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Memorandum
çərçivəsində gələcəkdə tərəflər arasında birgə hüquqi layihələrin
və maarifləndirmə tədbirlərinin keçirilməsi vətəndaşların hüquqi
maarifləndirilməsi baxımından çox effektiv və əhəmiyyətli bir addım
olacaqdır”, – deyə Anar Kərimov vurğulayıb.

İmzalama mərasimindən sonra tərəflər arasında əməkdaşlığın
detalları müzakirə edilib.

Teqlər: