“COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində vergi
ödəyicilərinə ayrılmış maliyyə dəstəyinin icrasında pozuntular
aşkarlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Hesablama Palatasının
2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.
Bildirilib ki, koronavirus pandemiyasının neqativ təsirlərinin
azaldılması məqsədilə dövlət tərəfindən iqtisadi fəallığın
qorunmasına vergi stimullarının verilməsi istiqamətində çevik
tədbirlər həyata keçirməklə sahibkarlara maliyyə dəstəyi
ayrılıb.
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək
dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların
Azarbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə
məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ila bağlı bir sira tədbirlər haqqında” Prezidentin
2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə
bağlı Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli 135 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən təsdiq edilən
hüquqi aktda bəzi məqamlar nəzərə alınmayıb.
İlkin olaraq nəzərdə tutulan tədbirlərin büdcə tutumuna icra
prosesində yenidən baxılmaqla ilkin təyinat məbləği artırılıb,
lakin il ərzində icra edilməyən Tədbirlər Planının bir istiqaməti
üzrə ayrılan (proqnozlaşdırılan) vəsaitlərin əsaslandırılması
səviyyəsi bir o qədər də qənaətbəxş olmamış, pandemiyadan
zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə
vergi güzəştiərinin və tətillərinin verilməsi adı altında nəzərdə
tutulmuş vəsait tam istifadə edilməmiş, yetərli hüquqi əsasların
mövcud olmadığı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərilməsi
aşkar olunub.