Pandemiya ilə mübarizədə ən yaxşı üsul vaksinasiyadır – Latviyanın keçmiş baş naziri

Xəbər - Humay Ağacanova – Trend

Pandemiya ilə mübarizədə ən yaxşı üsul vaksinasiyadır.

AzerTimes-ın məlumatına görə, bunu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda “İctimai Sağlamlıq və Peyvəndlənmə” mövzusunda paneldə çıxış edən Latviyanın keçmiş baş naziri Laymdota Strauyuma deyib.

L.Strauyuma qeyd edib: “Biz beynəlxalq əməkdaşlıq yaratmalıyıq ki, yüksək səviyyəli səhiyyə sistemi təşkil edə bilək. Daha həssas, aztəminatlı ölkələrdə pandemiya vaxtı bir sıra ciddi problemlər üzə çıxdı. Həmin ölkələrdə tibb işçilərinin sayının az olması, monitorinq izləmə sisteminin aşağı səviyyədə olması vəziyyəti çətinləşdirdi. Bir daha bildirməliyik ki, pandemiya ilə mübarizənin ən yaxşı üsulu vaksinasiyadır. İnsanları bu prosesə təşviq etməliyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: