İndiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verilib – Ceyhun Bayramov

Azərbaycan humanitar hüquqa uyğun olaraq indiyə qədər 1700-dək erməni hərbçinin cəsədini təhvil verib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min insanımızın taleyindən isə hələ də heç bir xəbər yoxdur.

Trend xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir diqqətə çatdırıb ki, bu gün Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş ərazilərə soydaşlarımızın qaytarılmasıdır. Bu ərazilərə səfər edən insanları iki məqam təəccübləndirir. Həmin ərazilərdə törədilən dağıntının miqyası və qısa müddətdə Füzuli Beynəlxalq Hava Limanının tikilərək istifadəyə verilməsi, Zəngilan və Laçında hava limanının inşasına başlanması, yolların tikilməsi, şəhərlərin Baş planlarının təsdiqlənməsi. Biz qısa müddət sonra ilk sakinlərin torpaqlarına qayıtmasına nail olacağıq.

Teqlər: