Pandemiya Afrika ölkələrinin borc səviyyəsinin artmasına səbəb olub

2020-ci ildən bəri davam edən koronavirus pandemiyası Afrika ölkələrinin borc səviyyəsinin artmasına səbəb olub.

AzerTimes-ın məlumatına görə, bunu Afrika İttifaqının 35-ci sammitində təşkilatın Komissiyasının sədri Musa Faki Mahamat deyib.

“Dövrümüzün iki böyük bəlasına, yəni koronavirus pandemiyası və qitə miqyasında terrorizmə bu iki bəlanın mahiyyətini açan daxili zəif cəhətlərimiz də əlavə olunur.

Pandemiyanın təsiri 2020-ci ildə Afrikada iqtisadi artımın 2,1% azalmasına və qitədəki borc səviyyəsinin ÜDM-nin 10 faizi qədər artmasına səbəb olub”, – deyə Komissiyanın sədri vurğulayıb.